Yuxarı
    Bağlamaq

    GECF-in baş katibi: "ABŞ-ın İranın nüvə sazişindən çıxması siyasəti iqtisadi proseslərə mənfi təsir göstərir"

    Dinlə

    Bakı. 30 may. REPORT.AZ/ "ABŞ-ın İranın nüvə sazişindən çıxması siyasəti iqtisadi proseslərə mənfi təsir göstərir. Biz bu yanaşmanı dəstəkləyə bilmərik. Hesab edirik ki, tərəflər bazar yanaşmalarını əldə rəhbər tutmalıdırlar".

    "Report" xəbər verir ki, bunu Qaz İxracatçı Ölkələri Forumunun (GECF) Baş katibi Yuri Sentyurin jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, ABŞ-ın belə hərəkəti dünya iqtisadiyyatında və qaz sektorunda çətinliklə yaradılmış əməkdaşlığı təhlükə altında qoyur. O əlavə edib ki, təşkilat İranın qaz sənayesi ətrafında baş verən prosesləri həyəcanla izləyir.

    Y.Sentyurin həmçinin bildirib ki, təşkilatın ABŞ-ın belə addımının səhv olduğunu düşünənlərin səsinə səs verir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi