GECF-də Azərbaycanın etibarlı qaz təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfələri müzakirə olunub

GECF-də Azərbaycanın etibarlı qaz təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfələri müzakirə olunub Bu gün Əlcəzair şəhərində keçiriləcən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VII Zirvə Toplantısında Azərbaycanın etibarlı qaz təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfələri müzakirə olunub.
Energetika
2 Mart , 2024 18:05
GECF-də Azərbaycanın etibarlı qaz təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfələri müzakirə olunub

Bu gün Əlcəzair şəhərində keçiriləcən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VII Zirvə Toplantısında Azərbaycanın etibarlı qaz təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfələri müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun sədrliyi ilə GECF-in VII Zirvə Toplantısında iştirak etdik. Müasir enerji arxitekturasında, enerji sistemlərinin sabitliyində qazın rolu, Azərbaycanın etibarlı qaz təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfələri ilə bağlı fikirlərimizi bölüşdük”, - deyə nazir qeyd edib.

Qeyd edək ki, Azərbaycan GECF-də müşahidəçi üzv qismində təmsil olunur.

Son xəbərlər

Orphus sistemi