“Gazprom” şirkəti “Türk axını”na bu il 370 mln. dollar sərmayə qoyacaq

“Gazprom” şirkəti “Türk axını”na bu il 370 mln. dollar sərmayə qoyacaq Şirkət ötən il 65 mlrd. rubl xərcləyib
Energetika
7 Noyabr , 2016 15:52
“Gazprom” şirkəti “Türk axını”na bu il 370 mln. dollar sərmayə qoyacaq

Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiyanın “Gazprom” şirkətinin 2016-cı ildə “Türk axını” boru kəməri layihəsinə qoyacağı investisiyanın 23,5 mlrd. rubl (təqribən 370 mln. ABŞ dolları) olacağı planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb.

Məlumata görə, layihə üçün “Gazprom” ötən il 64,673 mlrd. rubl xərcləyib.

Qeyd edək ki, oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru xəttinin qollarından biri ilə nəql olunan qaz Türkiyə bazarına, digəri ilə nəql olunan qaz isə Avropa ölkələrinə çatdırılacaq. İkinci qolun həyata keçirilməsi Avropanın Rusiya qazına marağından və bu barədə zəmanətindən asılı olacaq.

Son xəbərlər

Orphus sistemi