​GAS şirkəti "Şahdəniz"də geoloji tədqiqat işləri aparacaq

​GAS şirkəti "Şahdəniz"də geoloji tədqiqat işləri aparacaq Onu bu işlərə BP-nin podratşısı olan "Saipem" cəlb edib
Energetika
7 Avqust , 2015 17:24
​GAS şirkəti Şahdənizdə geoloji tədqiqat işləri aparacaq

Bakı. 7 avqust. REPORT.AZ/ "Lighthouse Group"a daxil olan GAS (Geological Assistance & Services) şirkəti "Saipem" şirkəti ilə subpodratçılıq müqaviləsi imzalayıb. "Report"un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, GAS "Akademik Tofiq İsmayılov" adına gəmi ilə BP-nin operatorluq etdiyi Xəzər dənizində "Şahdəniz" yatağında geoloji tədqiqat işləri aparacaq.

Müqaviləyə əsasən, GAS ixracat və yataqdaxili boru kəmərlərinin quraşdırılması zamanı öz xidmətlərini təqdim edəcək.

GAS-ın açıqlamasına görə, onların funksiyası iki mərhələdən ibarət olacaq. Birincisi boru xəttinin quraşdırılması zamanı onun monitorinqini (Touch Down Monitoring) və dəniz dibinin və boru xəttinin keçdiyi yerlərin xəritələşməsini (As-Laid, As-Built and Out-of-Straightness surveys) həyata keçirəcək.

Qeyd edək ki, dərinliyi 75-550 metr arası dəyişən bu ofşor zona sahildən 90 km aralıda dənizdə yerləşir.

Son xəbərlər

Orphus sistemi