Füzulidə təməli qoyulmuş İdarəetmə Mərkəzi Cənubi Qafqazda ilk təcrübədir

Füzulidə təməli qoyulmuş İdarəetmə Mərkəzi Cənubi Qafqazda ilk təcrübədir Ötən gün Prezidenti İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyevanın Füzulidə təməlini qoyduğu Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin özəllikləri məlum olub.
Energetika
18 Oktyabr , 2021 11:52
Füzulidə təməli qoyulmuş İdarəetmə Mərkəzi Cənubi Qafqazda ilk təcrübədir

Ötən gün Prezidenti İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyevanın Füzulidə təməlini qoyduğu Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin özəllikləri məlum olub.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısına “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov məruzə edib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yaradılan Rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

Cənubi Qafqazda ilk dəfə tətbiq olunan bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.

Diqqətə çatdırılıb ki, Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları online qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.

Son xəbərlər

Orphus sistemi