Yuxarı

​Füzuli və Biləsuvar rayonlarının kəndlərinə qaz verilib

Bu kəndlərə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilib

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Füzuli rayonunun Araz Zərgər və Araz Dilağardı, Biləsuvar rayonunun Muğan və Yuxarı Ağalı kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyi təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirlərdə bildirilib ki, Füzuli rayonunun 43 abonenti olan Araz Zərgər və 246 abonenti olan Araz Dilağardı kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.

Biləsuvar rayonunun Muğan kəndinin 71 abonentinin qazlaşdırılması üçün 3 000 metrlik polietilen və 5 248 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilıb, 71 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. 170 abonenti olan Yuxarı Ağalı kəndinin qazlaşdırılması üçün də birpilləli sistem əsasında 12 426 metr uzunluğunda qaz xətləri çəkilib, mənzillər sayğac və fərdi tənzimləyicilərlə təmin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi