Fuad Nəcəfli: “Naxçıvanda enerji istehsalında “yaşıl enerji”nin payı artıb”

Fuad Nəcəfli: “Naxçıvanda enerji istehsalında “yaşıl enerji”nin payı artıb” Belə ki, külək və günəş elektrik stansiyalarında istehsal olunan "yaşıl enerji"nin payı may ayında 12,7 % olub, iyun ayında isə bu rəqəm 13,5 %-ə yüksəlib
Energetika
10 İyul , 2024 10:33
Fuad Nəcəfli: “Naxçıvanda enerji istehsalında “yaşıl enerji”nin payı artıb”
Fuad Nəcəfli

Naxçıvan Muxtar Respublikasının enerji istehsalında “yaşıl enerji”nin payı 13,5 %-ə çatıb.

“Report” xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Belə ki, külək və günəş elektrik stansiyalarında istehsal olunan "yaşıl enerji"nin payı may ayında 12,7 % olub, iyun ayında isə bu rəqəm 13,5 %-ə yüksəlib”, - deyə F. Nəcəfli bildirib.

Son xəbərlər

Orphus sistemi