​Fransa şirkəti TAP-da layihə icrasını həyata keçirəcək

​Fransa şirkəti TAP-da layihə icrasını həyata keçirəcək Qeyd edək ki, "Technip" enerji sənayesində layihələrin idarə edilməsi, mühəndislik və tikinti sahəsində dünya lideridir
Energetika
21 İyul , 2015 12:20
​Fransa şirkəti TAP-da layihə icrasını həyata keçirəcək

Bakı. 21 iyul. REPORT.AZ/ Fransanın "Technip" şirkəti Trans Adriatik Boru Xətti (TAP) layihəsində layihə idarəedilməsi üzrə məsləhətçilik edəcək. "Report" xəbər verir ki, bu barədə "TAP AG"nin yaydığı məlumatda bildirilir.

Müqavilə kəmərin Yunanıstan, Albaniya və İtaliyanın quru hissəsində qüvvədə olacaq. "Technip"in göstərəcəyi xidmətlərə tikinti prosesinin idarə edilməsi, bütün tikinti dövrü ərzində təchizatçılıq və subpodrat mühəndislik daxildir.

Layihənin tamamlanması 2020-ci ilin birinci rübünə planlaşdırılır.

Xidmətlər əsasən TAP-ın İsveçrənin Baar şəhərində yerləşən qərargahında, "Technip"in Romada yerləşən ofisində, həmçinin Yunanıstan, Albaniya və İtaliyada fəaliyyət göstərəcək digər mərkəzlərdə reallaşacaq.

Qeyd edək ki, "Technip" enerji sənayesində layihələrin idarə edilməsi, mühəndislik və tikinti sahəsində dünya lideridir.

Xatırladaq ki, TAP-da pay bölgüsünə əsasən BP, SOCAR və "Statoil" hərəsinə 20% paya malikdir. Qalan hissənin 19%-i Belçikanın "Fluxy", 16%-i İspaniyanın "Enagas" və 5%-i isə isveçin "Axpo" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi