Fransa neft və qaz hasilatına icazə verilməsini dayandırmaq niyyətindədir

Fransa neft və qaz hasilatına icazə verilməsini dayandırmaq niyyətindədir Nikolya Yulo: "Daha karbohidrogen kəşfiyyatı üçün lisenziya verilməyəcək"
Energetika
23 İyun , 2017 15:48
Fransa neft və qaz hasilatına icazə verilməsini dayandırmaq niyyətindədir

Bakı. 23 iyun. REPORT.AZ/ Fransada neft və qaz hasilatının həyata keçirilməsinə icazə verən lisenziyaların verilməsinin qadağan olunması ilə bağlı qanun layihəsini təqdim etmək niyyətindədirlər.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin ekologiya naziri Nikolya Yulo bildirib.

"Daha karbohidrogen kəşfiyyatı üçün lisenziya verilməyəcək. Payızda qanunvericiliyə dəyişiklik edəcəyik", - nazir deyib.

Daha əvvəl Fransa hökumətinin "Engie" enerji şirkətinin 4,1% səhmini 1,1 milyard avroya satdığı xəbəri yayılıb. Bu əməliyyatdan sonra dövlət səhmlərinin cəmi 28,7%-nə sahiblik edir.

Son xəbərlər

Orphus sistemi