Fransa 2040-cı ilə qədər neft hasilatından imtina edəcək

Fransa 2040-cı ilə qədər neft hasilatından imtina edəcək Nazir: "Fransanın mədən yanacaqlarından istifadədən tam imtina etməsi üçün təməl qoyulub"
Energetika
20 Dekabr , 2017 01:24
Fransa 2040-cı ilə qədər neft hasilatından imtina edəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ Fransa parlamenti çərşənbə axşamı ikinci oxunuşda 2040-cı ildən etibarən neft və qaz axtarışı və karbohidrogen yataqlarının istismarına qadağaya dair qanun layihəsini qəbul edib.

“Report” xəbər verir ki, bunu Fransanın kompleks ekoloji dəyişikliklər naziri Nikolya Yuno səsvermənin nəticələri açıqlandıqdan sonra deyib.

"İlk səhifə yazılıb, Fransanın mədən yanacaqlarından istifadədən tam imtina etməsi üçün təməl qoyulub", - deyə o əlavə edib.

Onun sözlərinə görə, bu qanun ləğv oluna bilməz, lakin bunun ardınca hasilatın və mədən yanacağına tələbatın azaldılması üzrə əlavə tədbirlər görülməsə, o, real təsir gücünə malik olmayacaq. 

Son xəbərlər

Orphus sistemi