Yuxarı

​"Fluxys"ə yeni rəhbər təyin edilib

Şirkətin yeni baş icraçı direktoru vəzifəsinə Paskal de Buk təyin olunub

Bakı. 6 yanvar. REPORT.AZ/ Belçikanın "Fluxys" şirkətinə yeni baş icraçı direktor (CEO) təyin edilib. "Report"un "Middle East&North African" qəzetinə istinadən yaydığı məlumata görə, Paskal de Buk (Pascal de Buck) yanvarın 1-dən Valter Pireri (Walter Peeraer) əvəz edib.

Buna baxmayaraq, V.Pirer Trans-Adriatik Boru Kəməri (TAP) layihəsindəki İdarə Heyətinin üzvü vəzifəsində qalmaqda davam edir. O, həmçinin "Dunkerque LNG"nin də İdarə Heyətinin üzvü olaraq qalacaq.

Məlumata görə, V.Pirer bu ilin mayında keçiriləcək "Fluxys"nin Direktorlar Şurasının növbəti iclasına qədər öz mövqelərini qoruyub saxlayacaq və məşvərətçi qismində fəaliyyətini davam etdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi