"Fitch": OPEC və müttəfiqləri neft bazarını balanslaşdıra bilməyəcək

"Fitch": OPEC və müttəfiqləri neft bazarını balanslaşdıra bilməyəcək Proqnoz: Neft qiymətlərində müşahidə olunan volatillik davam edəcək
Energetika
3 Oktyabr , 2017 14:10
Fitch: OPEC və müttəfiqləri neft bazarını balanslaşdıra bilməyəcək

Bakı. 3 oktyabr. REPORT.AZ/ Dünya neft hasilatının maya dəyərinin aşağı düşməsi, ABŞ şist neft sənayesinin potensialının artması və bazara çevik reaksiya verə bilməsi uzunmüddətli perspektivdə neft qiymətlərinin 60 dollar/barel həddindən aşağı qalmasına səbəb olacaq. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama "Fitch" Beynəlxalq Reytinq Agentliyi tərəfindən verilib.

Agentlik neft qiymətlərində volatilliyin davam edəcəyini bildirib və qiymətlərin bu həddi bəzən keçə biləcəyini vurğulayıb.

"Fitch" qeyd edib ki, ilin əvvəlindən ABŞ-da aktiv neft quyularının sayı 45% artıb. Nəticədə, ABŞ-da neft hasilatı 8,4 mln. barel/gündən 9,5 mln. barel/günə yüksəlib. Agentlik OPEC və onun müttəfiqlərinin neft bazarında tarazlıq yaradacağına şübhə ilə yanaşdığını bildirir və qeyd edir ki, neft ehtiyatları tarixi orta səviyyələrdən kifayət qədər yüksək qalmağa davam edəcək.

Son xəbərlər

Orphus sistemi