Fevralda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi məlum olub

Fevralda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi məlum olub Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.
Energetika
6 Mart , 2019 14:04
Fevralda Naxçıvana verilən elektrik enerjisinin miqdarı və satışından toplanan vəsaitin həcmi məlum olub

Bakı. 6 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti üzrə verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi barədə məlumat açıqlanıb.

“Report”un məlumatına görə, fevralda Muxtar Respublikaya verilən elektrik enerjisinin ümumi həcmi 21 609 min kvt/saat təşkil edib. Ötən ay üzrə verilən elektrik enerjisinin ümumi dəyəri 1 769,2 min manat olub. Belə ki, daxil olan vəsaitin həcmi isə 1 773,3 min manat təşkil edib. Muxtar Respublikada elektrik enerjisinin istifadəsinə görə ödənilmə faizi 100,2 olub.

Belə ki, Naxçıvan şəhərində verilən elektrik enerjisinin ümumi həcmi 3 092 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 225,5 min manat, daxil olan vəsaitin həcmi 225,5 min manat, elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Şahbuz rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 368 min kvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 26 minmanat, daxil olan vəsaitin həcmi isə 26 min manat təşkil edib. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Culfa rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 773 minkvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 54,9 minmanat, daxil olan vəsaitin həcmi isə 54,9 min manat olub. Culfada elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Ordubad rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 893 minkvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 63 minmanat, daxil olan vəsaitin həcmi isə 63 minmanat olub. Ordubadda elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Şərur rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 1 953 minkvt/saat, verilən elektrik enerjisinin ümumi dəyəri 137,8 min manat, daxil olan vəsaitin həcmi 137,8 min manat təşkil edib. Şərurda elektrik enerjisinin istifadəsinə görə yığımı isə 100% icra edilib.

Ötən ay Sədərək rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 172 minkvt/saat olub. Bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 12,2 minmanat, daxil olan vəsaitin həcmi 12,2 minmanat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Kəngərli rayonunda verilən elektrik enerjisinin ümumi həcmi 633 minkvt/saat olub. Ötən ay bu rayonda verilən elektrik enerjisinin ümumi dəyəri 44,7 min manat, daxil olan vəsaitin həcmi 44,7 minmanat olub. Bu rayonda elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Fevralda Babək rayonu verilən elektrik enerjisinin ümumi həcmi 1 546 min kvt/saat təşkil edib. Babəkdə verilən elektrik enerjisinin ümumi dəyəri 109 minmanat, daxil olan vəsaitin həcmi 109 min manat olub. Bu rayonda da elektrik enerjisinin istifadəsinə görə yığımı 100% olub.

Bu ilin ikinci ayında muxtar respublikanın müəssisə və təşkilatlarına verilən elektrik enerjisinin ümumi həcmi 12 179 minkvt/saat təşkil edib. Büdcə təşkilatlarına verilən elektrik enerjisinin ümumi dəyəri 1 096,1 min manat, daxil olan vəsaitin həcmi 1 100,2 min manat olub. Müəssisə və təşkilatlarının elektrik enerjisinin istifadəsinə görə yığımı 100,4% olub.

Son xəbərlər

Orphus sistemi