Fevralda Azərbaycan 19,4 mln. dollar dəyərində elektrik enerjisi ixrac edib

Fevralda Azərbaycan 19,4 mln. dollar dəyərində elektrik enerjisi ixrac edib Fevral ayında 19 mln. dollardan çox elektrik enerjisi ixrac olunub
Energetika
1 Aprel , 2019 15:00
Fevralda Azərbaycan 19,4 mln. dollar dəyərində elektrik enerjisi ixrac edib

2019-cu ilin fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 144 mln. ABŞ dolları təşkil edib. 

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin mart buraxılışında qeyd olunub.

2019-cu ilin fevral ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (38,3 mln. ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Rusiya ikinci (35,7 mln. ABŞ dolları) və Gürcüstan üçüncü (23,4 mln. ABŞ dolları) olub. 

Bu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixraca elektrik enerjisi (19,4 mln. ABŞ dolları) liderlik edib. Bu siyahıda daranmamış pambıq lifi (mahlıc) (14 mln. ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (12,7 mln. ABŞ dolları) üçüncü yeri tutub.

“İxrac İcmalı”nın mart sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Cari ilin yanvar-fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluğa "MKT İstehsalat Kommersiya" MMC, “Socar Polymer” MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi rəhbərlik edir.

Digər yerləri isə "TST Export" MMC, "P-Aqro" MMC, "Vorld Trade" MMC, "Sun Food" MMC, “Azhazelnut” MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD" MMC, "Garden Store" MMC bölüşdürür.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ASC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, “CTS-Agro” MMC, "Bakı Neft Maşınqayırma Zavodu" Törəmə ASC, "Azəripək" MMC, “Suraxanı Maşınqayırma Zavodu” Törəmə ASC, "Azərbaycan Dəmir Yolları" QSC yer tutur.

Son xəbərlər

Orphus sistemi