Yuxarı

​FES neft qiymətlərinin sabitləşəcəyini, lakin əvvəlki yüksək həddə qayıtmayacağını gözləyir

Bir hədd var, neftin qiymətləri çətin ki, ondan aşağı düşsün

Bakı. 17 dekabr. REPORT.AZ/ ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) neftin qiymətlərinin sabitləşəcəyini, lakin əvvəlki yüksək səviyyəyə qayıtmayacağını gözləyir.

"Report" xəbər verir ki, FES rəhbəri Canet Yellen bunu qurumun rəhbər orqanı - Açıq Bazar Komitəsinin iclasının yekunları üzrə mətbuat konfransında təsdiqləyib.

"Düşünürəm ki, bir hədd var, neftin qiymətləri çətin ki, ondan aşağı düşsün. Bazar gözləmələrinə baxsaq, görərik ki, bazarlar qiymətlərin stabilləşəcəyini və ardınca tədricən yuxarıya doğru irəliləyəcəyini gözləyir. Mən əlbəttə etiraf edirəm ki, biz qiymətlərin düşməsinə gətirib çıxaran bir sıra şokların şahidi olduq. Və biz onların əvvəlki yüksək səviyyəyə qayıdışını gözləmirik, yalnız stabilləşəcəyini gözləyirik", - deyə Canet Yellen qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi