FES-in uçot dərəcəsini qaldırmasından sonra neft bahalaşmağa başlayıb

FES-in uçot dərəcəsini qaldırmasından sonra neft bahalaşmağa başlayıb Hazırda "Brent" markalı neft 51,86 dollara satılır
Energetika
16 Mart , 2017 01:09
FES-in uçot dərəcəsini qaldırmasından sonra neft bahalaşmağa başlayıb

Bakı. 16 mart. REPORT.AZ/ Neftin dünya qiymətləri çərşənbə günü ABŞ-ın Federal Ehtiyat Sisteminin illik baza faiz dərəcəsini qaldırmaqla bağlı qərarından dərhal sonra artımı sürətləndirib.

"Report" xəbər verir ki, Bakı vaxtı ilə 22.55-ə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 1,85 faiz qalxaraq bir barel üçün 51,86 dollara çatıb.

WTI markalı yüngül neftin aprel fyuçersləri 2,41 faiz bahalaşıb və bir barelə görə 48,86 dollara bərabər olub. 

Son xəbərlər

Orphus sistemi