Fatih Dönməz: "STAR zavodu təchizatın təhlükəsizliyi baxımından son dərəcə önəmli layihədir"

Fatih Dönməz: "STAR zavodu təchizatın təhlükəsizliyi baxımından son dərəcə önəmli layihədir" Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa bölgəsində inşa etdiyi STAR Neft Emalı Zavodu təchizatın təhlükəsizliyi baxımından son dərəcə önəmli bir layihədir.
Energetika
19 Noyabr , 2018 16:19
Fatih Dönməz: STAR zavodu təchizatın təhlükəsizliyi baxımından son dərəcə önəmli layihədir

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirin Əliağa bölgəsində inşa etdiyi STAR Neft Emalı Zavodu təchizatın təhlükəsizliyi baxımından son dərəcə önəmli bir layihədir.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Qeyd edək ki, oktyabrın 19-da  STAR zavodunun açılış mərasimi keçirilib. Layihənin ümumi investisiya dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisə “Urals”, “Azeri Light” və “Kərkük” kimi müxtəlif çeşidli neftlərin emalını həyata keçirə biləcək ən son texnologiya ilə dizayn edilib.

Zavodda ildə 1,6 mln. ton nafta, təxminən, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. STAR əsas payı SOCAR-a məxsus Türkiyənin yeganə neft-kimya kompleksi olan “Petkim”i xammalla təmin edəcək, Türkiyə bazarında getdikcə artan dizel və təyyarə yanacağı tələbatının bir hissəsini qarşılayacaq, Türkiyənin idxalını 1,5 mlrd. dollar azaldacaq. 

Nazir bildirib ki, SOCAR-la Türkiyə arasında neft və təbii qaz axtarışı ilə bağlı əməkdaşlıq davam edir.

O, “Türk axını” boru kəməri layihəsindən də danışaraq vurğulayıb ki, layihə üzrə qaz nəqli 2019-cu ilin sonunda həyata keçiriləcək. Onun sözlərinə görə, gələn ilin sonunda Rusiya təbii qazı “Türk axını” qaz boru kəməri ilə birbaşa Türkiyəyə gələcək: "Bununla da regional ticarət mərkəzinin yaradılması fürsəti yaranır. Bu boru kəməri ilə Avropaya tranzitdən ödəniş alınacaq. Layihə resurs diversifikasiyası baxımından olduqca vacibdir”.

Son xəbərlər

Orphus sistemi