Bakı. 17 yanvar. REPORT.AZ/ OPEC təşkilatı tərəfindən hasilat kvotalarına riayət olunması 2017-ci ilin ilk yarısında neft bazarında tarazlığın bərpasına gətirib çıxara bilər. "Report"un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Beynəlxalq Energetika Agentliyinin rəhbəri Fatih Birol Davos Ümumdünya İqtisadiyyat Forumunda bildirib.
Onun sözlərinə görə, hazırda neft bazarının gələcəyi barədə onun 3 gozləntisi var: "Birincisi, bu il və yaxın bir neçə ildə neftin qiymətində yüksək volatillik olacaq. İkincisi, neft qiymətləri bu səviyyədə qalarsa, ABŞ-da neft hasilatı artacaq və üçüncüsü, OPEC hasilatın azaldılması ilə bağlı anlaşmanın şərtlərinə əməl etsə, ilin ilk yarısında neft bazarında tarazlıq bərpa olunacaq".
F.Birol 2017-ci ildə neft qiymətləri ilə bağlı proqnoz verməkdən çəkinib.