​Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin baş katibi Azərbaycana səfər edəcək

​Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin baş katibi Azərbaycana səfər edəcək "Azərbaycana səfərimizdə önəmli iş birliyinə imza atacağımıza inanırıq"
Energetika
27 İyul , 2015 17:12
​Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin baş katibi Azərbaycana səfər edəcək

Bakı. 27 iyul. REPORT.AZ/ Avqustun 1-də Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin (IAEE) sədri Gürkan Kumbaroğlu və baş katibi Devid Uilyams (David Williams) Azərbaycana səfər edəcək. "Report"un IAEE-nin mətbuat xidmətindən əldə etdiyi məlumata görə, səfər avqustun 5-dək davam edəcək.

Qurumun sədri Gürkan Kumbaroğlu G20 ölkələrinin noyabrda Antalyada keçiriləcək konfransı öncəsi gerçəkləşəcək səfər zamanı bir sıra rəsmilərlə görüşlərin keçiriləcəyini bildirib:

"Azərbaycana səfərimizdə nazirlər, enerji sektorunun nümayəndələri və elm adamları ilə önəmli iş birliyinə imza atacağımıza inanırıq. Bu il noyabrın 14-də Antalyada G20 ölkələrinin konfransı keçiriləcək və gələn il avqustun 29-da isə Bakıda "I IAEE Avrasiya Konfransı" gerçəkləşəcək. G20 zirvəsi öncəsi biz Antalyada özəl bir təbii qaz konfransı düzənləyəcəyik və Azərbaycan, Türkiyə və Rusiyadan olan şəxslərlə geosiyasi məsələləri müzakirə edəcəyik".

Son xəbərlər

Orphus sistemi