Yuxarı
    Bağlamaq

    ​"ExxonMobil" şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş baş meneceri Energetika Nazirliyində olub

    Görüşdə “Azəri-Çıraq-Günəşli” layihəsində 8% paya malik şirkətin enerji əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub

    Bakı. 26 iyul. REPORT.AZ/ Energetika naziri Natiq Əliyev "ExxonMobil" şirkətinin Azərbaycan üzrə baş meneceri Elister Maklidin (Alistair MacLeod) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

    "Report" Nazirliyə istinadən xəbər verir ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq əlaqələrinin "ExxonMobil" üçün mühüm rol oynadığını vurğulayan E.Maklid fəaliyyət müddətinin başa çatması barədə məlumat verərək, yeni baş menecer vəzifəsinə təyin olunmuş Jan Age Hanseni təqdim edib. Görüşdə “ExxonMobil”in Azərbaycan layihələrinə yeni menecerin rəhbərlik etdiyi dövrdə də əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda fəaliyyət göstərən ilk beynəlxalq neft və qaz şirkətlərindən biri kimi “ExxonMobil”in keçdiyi tarixi yola nəzər salınıb. “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində" 8% paya malik şirkətin enerji əməkdaşlığına verdiyi töhfələrdən bəhs olunub. 

    “ExxonMobil” şirkətini etibarlı tərəfdaş kimi dəyərləndirən N.Əliyev bildirib ki, şirkət təkcə enerji layihələri ilə deyil, həm də iştirak etdiyi müxtəlif sosial proqramlarla mühüm nailiyyətlərə imza atıb. Beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərə tam əməl olunduğunu qeyd edən energetika naziri bundan sonrakı dövr ərzində də “ExxonMobil”in təcrübəsi və imkanlarından bəhrələnməyə ehtiyac olduğunu diqqətə çatdırıb. Əməkdaşlığın genişləndirilməsi və bu istiqamətdə mümkün perspektivlər müzakirə edilərək, yeni menecerə fəaliyyətində Azərbaycan tərəfindən dəstək ifadə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi