"ExxonMobil"in xalis mənfəəti ötən il 51% azalıb

"ExxonMobil"in xalis mənfəəti ötən il 51% azalıb Şirkətin əsaslı xərcləri ötən il 38% azalaraq 19,3 mlrd. dollar olub
Energetika
1 Fevral , 2017 19:15
ExxonMobilin xalis mənfəəti ötən il 51% azalıb

Bakı. 1 fevral.REPORT.AZ/ “ExxonMobil” şirkətinin 2016-cı ilin IV rübündə xalis mənfəəti 40% azalıb.

“Report” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin oktyabr-dekabr ayları ərzində “ExxonMobil”in xalis mənfəəti 1,68 mlrd. dollar olub. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 2,8 mlrd. dollar təşkil edib.

Ötən ilin IV rübündə şirkətin gəliri isə 2% artaraq 61,1 mlrd. dollar olub.

“ExxonMobil” şirkətinin 2016-cı il ərzində isə xalis mənfəəti 7,84 mlrd. dollar təşkil edib ki, bu da əvvəlki ildən 51% azdır. Şirkətin əsaslı xərcləri ötən il 38% azalaraq 19,3 mlrd. dollar olub.

Son xəbərlər

Orphus sistemi