Bakı. 22 avqust. REPORT.AZ/ ABŞ-ın “ExxonMobil” şirkətinin Rotterdamda (Niderland) yerləşən Botlek neft emalı zavodunda güclü yanğın baş verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın ötən gün axşam saatlarında sexlərin birində başlayıb, daha sonra böyük əraziyə yayılıb.
Səhərə yaxın yanğını söndürmək mümkün olub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.