"ExxonMobil"in illik mənfəəti yarıbayarı azalıb

"ExxonMobil"in illik mənfəəti yarıbayarı azalıb Şirkət artıq icrasına başlanılmış layihələrə və xərclərin optimallaşdırılmasına diqqət ayırmaq niyyətindədir
Energetika
3 Fevral , 2016 10:59
ExxonMobilin illik mənfəəti yarıbayarı azalıb

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-ın aparıcı neft-qaz şirkətlərindən olan "ExxonMobil"in mənfəəti son rübdə 2,8 milyard ABŞ dolları təşkil edib. Bu isə bir il öncə ilə müqayisədə 58% azalma deməkdir. Şirkətin illik mənfəəti 32,5 milyard dollardan 16,2 milyard dollara qədər azalıb.

"Report" xəbər verir ki, bu barədə şirkətin dərc etdiyi hesabatlarda məlumat verilir.

"Bizim maliyyə nəticələrimiz bazardakı çətin vəziyyəti əks etdirir. Amma biz artıq icrasına başlanılmış layihələrə və xərclərin optimallaşdırılmasına daha çox diqqət ayırmaq niyyətindəyik", - deyə "ExxonMobil"in rəhbəri Reks Tillerson bildirib.

Şirkətin hesabatlarına görə, xammalın qiymətinin hiss olunacaq dərəcədə azalması hasilat və kimyəvi əməliyyatlara ciddi təsir göstərib. Belə ki, hasilat əməliyyatlarından gələn vəsait 2014-cü ilin dördüncü kvartalı ilə müqayisədə 2 milyard dollar azalıb və şirkətin 538 milyon dollar zərərə qatlaşmasına səbəb olub. ABŞ-dan kənarda hasilatdan gələn vəsait isə 1,4 milyar dollar təşkil edib və bu rəqəm bir il öncə ilə müqayisədə 2,6 milyard dollar azdır.

Son xəbərlər

Orphus sistemi