“ExxonMobil” Avropada böyük ixtisarlara gedir

“ExxonMobil” Avropada böyük ixtisarlara gedir “ExxonMobil” şirkəti 2021-ci ilin sonunadək Avropa ölkələrindəki işçi qüvvəsinin onda birini, yəni 1600 iş yerini ixtisar edəcək.
Energetika
6 Oktyabr , 2020 12:40
“ExxonMobil” Avropada böyük ixtisarlara gedir

“ExxonMobil” şirkəti 2021-ci ilin sonunadək Avropa ölkələrindəki işçi qüvvəsinin onda birini, yəni 1 600 iş yerini  ixtisar edəcək.

“Report” “FT”-yə istinadən xəbər verir ki, şirkət bu addımı qiymətlərdə rəqabətə tab gətirmək üçün görülən tədbirlər çərçivəsində atıldığını bildirib.

Bu ilin iyul ayında “ExxonMobil” koronavirus pandemiyası nəticəsində enerji bazarında qiymətlərin azalması üzündən ikinci rübdə 1,1 milyard ABŞ dolları məbləğində zərərə uğradıqlarını açıqlamışdı. “Bloomberg” xəbər verir ki, bu, şirkətin son dövrdə ən böyük maliyyə itkisidir.

“ExxonMobil” ötən ilin ikinci rübündə yeni aktivlər almaq və mövcud olanları yeniləmək işlərinə 8,08 milyard dollar sərf etmişdisə, bu ilin müvafiq dövründə həmin rəqəm 5,33 milyard dollar olub.

Son xəbərlər

Orphus sistemi