​"Exxon Mobil"in mənfəəti 59% azalıb, "Chevron" isə zərərlə işləyib

​"Exxon Mobil"in mənfəəti 59% azalıb, "Chevron" isə zərərlə işləyib "Exxon Mobil"in xalis mənfəəti 1,7 mlrd. dollara qədər azalıb
Energetika
2 Avqust , 2016 15:46
​Exxon Mobilin mənfəəti 59% azalıb, Chevron isə zərərlə işləyib

Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ-ın nəhəng neft şirkəti "Exxon Mobil"in ilin II rübündə xalis mənfəəti 59% azalıb, "Chevron"un isə ardıcıl olaraq 3 rüb xalis zərəri olub.

"Report" xəbər verir ki, bu barədə şirkətlərin hesabatlarınında qeyd olunub.

Bu dövrdə "Exxon Mobil"in xalis mənfəəti 1,7 mlrd. dollara, yaxud da hər səhmə 0,41 dollara qədər azalıb. Ötən ilin müvafiq dövründə bu rəqəmlər müvafiq olaraq 4,19 mlrd. dollar və 1 dollar təşkil edib.

Şirkətin mənfəəti 7 rübdür ki, ardıcıl olaraq azalır, son olaraq belə uzunmüddətli azalma 2001-2002-ci illərdə qeydə alınıb.

"Exxon Mobil"in gəliri 22% azalaraq 74,1 mlrd. dollardan 57,69 mlrd. dollara düşüb.

Karbohidrogen hasilatı demək olar ki, dəyişməyərək, neft ekvivalenti ilə 4 mln. barel/gün təşkil edib. Neft hasilatı 1,7% artıb, təbii qaz hasilatı isə 3,6% azalıb.

Şirkətin xərcləri, eyni zamanda axtarış-kəşfiyyat üzrə xərcləri ötən ilin II rübü ilə müqayisədə 3*% azalaraq 5,2 mlrd. dollar təşkil edib.

"Exxon Mobil" aprel-iyun ayları ərzində geoloji kəşfiyyat və karbohidogenlərin hasilatından 294 mln. dollar mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövründən 1,7 mlrd. dollar azdır.

Şirkətin neft emalından mənfəəti 681 mln. dollar azalaraq 825 mln. dollar, neft-kimya üzrə mənfəəti 49 mln. dollar azalaraq 1,2 mlrd. dollar olub.

ABŞ-ın "Chevron" şirkətinin isə II rübdə xalis zərəri 1,47 mlrd. dollar olub. Ötən ilin müvafiq dövründə isə 571 mln. dollar həcmində xalis mənfəət qazanılıb.

Şirkətin rüblük gəliri 27% azalaraq 40,4 mlrd. dollardan 29,28 mlrd. dollara düşüb.

"Chevron"un II rübdə gündəlik neft və qaz hasilatı neft ekvivalentində ötən ilün müvafiq dövründəki 2,6 mln. bareldən 2,53 mln. barelə qədər enib.

Şirkətin geoloji kəşfiyyat və hasilat sahəsində I rübdə zərəri 2,462 mlrd. dollar olub. Emal və satış üzrə şrikətin mənfəəti 2,956 mlrd. dollardan 1,278 mlrd. dollara düşüb.

Son xəbərlər

Orphus sistemi