“Exxon Mobil”in mənfəəti 38% azalıb

“Exxon Mobil”in mənfəəti 38% azalıb Şirkətin III rübdə xalis gəliri 2,65 mlrd.dollar olub
Energetika
10 Noyabr , 2016 20:46
“Exxon Mobil”in mənfəəti 38% azalıb

Bakı. 10 noyabr. REPORT.AZ/ “Exxon Mobil Corporation”(ABŞ) III rübdə mənfəətində 38% azalma olduğunu açıqlayıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, şirkətin III rübdə xalis gəliri 2,65 mlrd.dollar, yaxud da hər səhm üçün 63 sent təşkil edib.

Ötən ilin müvafiq dövründə isə şirkətin xalis gəliri 4,24 mlrd. dollar, yaxud hər səhm üçün 1,01 dollar olub.

Şirkətin emal hissəsi daxil olmaqla bütün qurumlarında gəlirlər azalıb. Hasilat 3% azalaraq neft ekvivalenti ilə 3,8 mln. barel/gün olub. Korporasiyanın neft emalı müəssisələri III rübdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% az neft emal edib.

Son xəbərlər

Orphus sistemi