Etilen-Polietilen Zavodunda aparılan modernizasiya və yenidənqurma işlərinin 36%-i yekunlaşıb

Etilen-Polietilen Zavodunda aparılan modernizasiya və yenidənqurma işlərinin 36%-i yekunlaşıb Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərikimya İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda aparılan modernizasiya və yenidənqurma işlərinin 36%-i yekunlaşıb.
Energetika
31 May , 2018 17:30
Etilen-Polietilen Zavodunda aparılan modernizasiya və yenidənqurma işlərinin 36%-i yekunlaşıb
"Azərikimya" İB-nin investisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya" İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda aparılan modernizasiya və yenidənqurma işlərinin 36%-i yekunlaşıb.

"Report" xəbər verir ki, bunu Xəzər Neft və Qaz Konfransında "Azərikimya" İB-nin investisiya və inkişaf üzrə icraçı direktorunun müavini Orxan Cəfərov bildirib.

"Aprel ayının sonuna olan göstəriciyə əsasən, Etilen Polietilen Zavodunda yenidənqurma və modernizasiya layihəsi üzrə, ümumilikdə, 36% işlər yerinə yetirilib. Mühəndislik işləri 90,1%, satınalma 49,6%, tikinti 15,7% tamamlanıb. Bütün lazımi avadanlıqlar bu ilin oktyabr ayına kimi əraziyə çatdırılacaq", -  deyə o vurğulayıb. 

Onun sözlərinə görə, zavod yenidənqurma və modernizasiyadan sonra 2020-ci ilin I rübündə tam istismara veriləcək: "Yenidənqurma və modernizasiya layihəsi çərçivəsində 2016-cı ilin noyabr ayında EPC (Mühəndislik, Layihələndirmə və Tikinti) müqaviləsi imzalanıb. 2017-ci ildə zavodun modernizasiya olunan ilk qurğuları istismara verilib. 2018-2019-cu illərdə qurğuların inşası və quraşdırılması həyata keçiriləcək. Ümumilikdə, zavod yenidənqurma və modernizasiya layihəsi yekunlaşdıqdan sonra 2020-ci ilin I rübündə istismara tam daxil olacaq".

O.Cəfərov bildirib ki, layihənin icrasından sonra etilen istehsalının həcmi ildə 100-105 min tondan 192 min tona, propilen istehsalının həcmi 50-55 min tondan 187 min tona çatdırılacaq.

Son xəbərlər

Orphus sistemi