"Etilen-polietilen" zavodu gələn həftə öz işini bərpa edəcək

"Etilen-polietilen" zavodu gələn həftə öz işini bərpa edəcək Gələn həftə, martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodu planlı təmir işləri üçün dayanmadan sonra öz işini bərpa edəcək.
Energetika
355
13 May , 2022 11:45
Etilen-polietilen zavodu gələn həftə öz işini bərpa edəcək
Oqtay Niftəliyev

Gələn həftə, martın 16-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azerkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodu planlı təmir işləri üçün dayanmadan sonra öz işini bərpa edəcək.

"Report"un xəbərinə görə, bu barədə zavodun direktoru Oqtay Niftəliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, zavod oz fəaliyyətini planlı şəkildə bu ilin aprelin 4-də Heydər Əliyev adına Neft Emalı Zavodu (xammal tədarükçü müəssisə - red.) ilə birlikdə dayandırıb.

O.Niftəliyev onu da əlavə etdi ki, bu dayanmadan öncə zavod 1,5 il dayanmadan çalışıb.

O qeyd edib ki, NEZ öz fəaliyyətini bərpa etmədiyi halda da, zavodun kifayət qədər xammal ehtiyatı var ki, öz işini gələn həftənin birinci günü bərpa etsin.

Qeyd edək ki, "Etilen-polietilen" zavodunda 2016-cı ildən, genişmiqyaslı yenidənqurma və modernizasiya işləri həyata keçirilir. Layihə nəticəsində "Azərikimya" İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmi iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaqdır.

Son xəbərlər

Orphus sistemi