Yuxarı

Ərdoğan: "Türkiyə Rusiyaya "Türk axını" layihəsinin xərclərini yarıbayarı ödəməyi təklif edib"

Türk axını ölkə ərazisindən keçəndən sonra Türkiyə xərclərin 50%-ni ödəyəcək

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyə Rusiyaya "Türk axını" layihəsi üzrə boru kəməri çəkilişi xərcələrini yarıbayarı ödəməyi təklif edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Hubertürk" telekanalına müsahibəsində bildirib.

"Rusiya tərəfinə "Türk axını" layihəsi üzrə heç bir problem olmadığını bildirdik. Onlara boru kəmərinin bizim ölkə ərazisindən keçəcək hissəsinin salınması xərclərini yarı-yarıya ödəməyi təklif etdik", - deyə R.T.Ərdoğan vurğulayıb.

Onun sözlərinə görə, "Türk axını" layihəsi ölkə ərazisindən keçəndən sonra Türkiyə xərclərin 50%-ni ödəyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi