Ərdoğan İsrailin baş naziri ilə Türkiyəyə qaz tədarükünü müzakirə edəcək

Ərdoğan İsrailin baş naziri ilə Türkiyəyə qaz tədarükünü müzakirə edəcək İsrailin baş naziri Naftali Bennetin ölkəyə gözlənilən səfəri zamanı münasibətləri bərpa etmək cəhdləri fonunda İsrailin Aralıq dənizində hasil etdiyi təbii qazın Türkiyəyə çatdırılması müzakirə mövzusu olacaq.
Energetika
311
26 Mart , 2022 01:39
Ərdoğan İsrailin baş naziri ilə Türkiyəyə qaz tədarükünü müzakirə edəcək

İsrailin baş naziri Naftali Bennetin ölkəyə gözlənilən səfəri zamanı münasibətləri bərpa etmək cəhdləri fonunda İsrailin Aralıq dənizində hasil etdiyi təbii qazın Türkiyəyə çatdırılması müzakirə mövzusu olacaq.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Ankara enerji sahəsində İsraillə əməkdaşlığa hazırdır. Bununla yanaşı, Ərdoğan İsrail qazının təkcə Türkiyənin daxili bazarına deyil, həm də Avropaya çatdırıla biləcəyini istisna etməyib.

İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli 2016-cı ildən müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi