“Eni” şirkəti “Shorouk” konsessiyasındakı 30% payını “Rosneft”ə satır

“Eni” şirkəti “Shorouk” konsessiyasındakı 30% payını “Rosneft”ə satır Razılaşdırılmış şərtlərə 1,125 mln. ABŞ dolları ilə bağlı məsələnin baxılması aiddir
Energetika
13 Dekabr , 2016 19:12
“Eni” şirkəti “Shorouk” konsessiyasındakı 30% payını “Rosneft”ə satır

Bakı. 13 dekabr. REPORT.AZ/ “Eni” (İtaliya) şirkəti Aralıq dənizinin Misir sektorunda yerləşən nəhəng “Zohr” qaz yatağının yerləşdiyi “Shorouk” konsessiyasındakı 30% iştirak payını “Rosneft”ə satmağa razılıq verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, razılaşdırılmış şərtlərə 1,125 mln. ABŞ dolları ilə bağlı məsələnin baxılması və keçmiş xərclərin təqribən 450 mln. ABŞ dollarına bərabər proporsional kompensasiyası aiddir. Bununla yanaşı, “Rosneft”in eyni şərtlər əsasında daha 5% pay almaq şansı var.

Son dövrdə 10% payın BP-yə verilməsindən sonra, “Eni” törəmə şirkəti olan IEOC vasitəsilə hazırda blokda 90% paya malikdir.

“Shorouk” konsessiyasında yerləşən “Zohr” yatağı “Eni” tərəfindən 2015-ci ilin avqustunda kəşf edilib. Bu, 850 mlrd. kubmetr qaz ehtiyatı ilə Aralıq dənizində indiyədək kəşf olunmuş ən iri təbii qaz yatağıdır. 2015-ci ilin fevral ayında yatağın işlənməsi üçün icazənin alınması prosesi tamamlanıb, ilk qazın isə 2017-ci ilin sonlarında əldə olunması gözlənilir. 

Son xəbərlər

Orphus sistemi