ENGIE və SOCAR Ukraynada yeraltı anbarlara qaz vurmağa başlayıb

ENGIE və SOCAR Ukraynada yeraltı anbarlara qaz vurmağa başlayıb Bu, resursu vergi və gömrük rüsumu ödəmədən 3 ilədək saxlamağa imkan verir
Energetika
1 Sentyabr , 2017 17:15
ENGIE və SOCAR Ukraynada yeraltı anbarlara qaz vurmağa başlayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Avqsut ayında "ENGIE Energy Management Ukraine" və "SOCAR Ukraine" Ticarət Evi təbii qazı "gömrük anbarı" rejimində rəsmiləşdirməklə, Ukraynanın yeraltı anbarına qaz yükləməyə başlayan ilk şirkətlər olub. Bu, resursu vergi və gömrük rüsumu ödəmədən 3 ilədək (1 095 gün) saxlamağa imkan verir.

"Report"un "Bin.ua" saytına istinadən verdiyi xəbərə görə, şirkətlər idxal edilmiş qazı lisenziyalaşdırılmış anbarda ("Ukrtransqaz") saxlayır.

"A-95" konsaltinq qrupunun məlumatına görə, avqustda ENGIE-nin Ukraynadakı törəməsi qazı əsas təsisçisi - treydinq şirkətindən, "SOCAR Ukraine" isə məhsulu Ukrayna qaz bazarında debüt edən Polşanın "PKN Orlen" şirkətindən alıb.

"Əslində, tarixdə ilk dəfə olaraq Avropa qazı Ukraynada lisenziyalaşdırılmış gömrük anbarında saxlanılacaq", - deyə Energetika Gömrük İdarəsində qeyd edilib.

Qeyd edək ki, "gömrük anbarı" rejimində qazın saxlanılması şirkətlərə Avropadan qazı ucuz tariflər olarkən tədarük etməyə, Ukrayna yeraltı qaz anbarlarına doldurmağa (yükləmək), mövsümü qiymət artımı zamanı isə satış üçün rəsmiləşdirməyə imkan verir. Bu icazə iyunun 2-dən qüvvəyə minib.

Son xəbərlər

Orphus sistemi