Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sədr təyin olunub

Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sədr təyin olunub Bu vəzifəyə Samir Əli Hüseyn oğlu Axundov gətirilib
Energetika
2184
31 Yanvar , 2018 17:27
Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sədr təyin olunub

Bakı. 31 yanvar. REPORT.AZ/ Samir Əli Hüseyn oğlu Axundov Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsinin İdarə Heyətinin sədri təyin edilib. 

"Report"un məlumatına görə, nazir Pərviz Şahbazov bu barədə əmr imzalayıb.

S.Axundov 1993-cü ildə Azərbaycan Texniki Universitetini bitirib. 1993-1998-ci illərdə “İnformatika” elmi-istehsalat birliyində mühəndis və “Simko” Ticarət və Sənaye ASC-nin Energetika departamentində çalışıb. 1998-2018-ci illərdə "Siemens AG"-nin Azərbaycan nümayəndəliyinin enerji istehsalı və ötürülməsi departamentinin, daha sonra Nümayəndəliyin, "Siemens AG" Avstriyanın Azərbaycandakı Nümayəndəliyinin, "Siemens AG" Almaniyanın Azərbaycandakı filialının rəhbəri olub. “Alman- Azərbaycan” Biznes Assosiasiyasının sədri, “Alman-Azərbaycan” Ticarət Palatasının İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib. Samir Axundov energetika üzrə fəlsəfə doktorudur.

Xatırladaq ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyi ölkə Prezidentinin 22 dekabr 2017-ci il tarixli  fərmanı ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi