Bu il mart ayında Azərbaycanda istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Energetika Nazirliyi tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinə bilavasitə və nazirlik xətti ilə 405 müraciət daxil olub.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, bunlardan, elektrik enerjisi təchizatı ilə bağlı 19-u məlumat üçün olmaqla cəmi 320 müraciət; Təbii qaz təchizatı ilə bağlı 8-i məlumat üçün olmaqla cəmi 54 müraciət; İstilik təchizatı ilə bağlı 3-ü məlumat üçün olmaqla cəmi 14 müraciət; 17 müraciət isə digər məsələlərlə bağlı olub.
405 müraciətdən 131-ni Agentlik araşdırıb və cavablandırıb (7 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib); 9 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub; 235 müraciət hazırda baxılma prosesindədir; 30 məlumat xarakterli müraciətdən 11-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.