Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ay 185 müraciətə baxıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ay 185 müraciətə baxıb Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 185 müraciət daxil olub.
Energetika
13 Noyabr , 2018 14:45
Enerji Məsələlərini Tənzimləmə Agentliyi ötən ay 185 müraciətə baxıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 185 müraciət daxil olub. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bunlardan 182 müraciətin icrası təmin edilib,  3 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb.

2018-ci ilin oktyabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 2 550,02 kVt güc sifariş edilib və 510 453,3 AZN qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyət göstərdiyi 6 ay ərzində “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərindəki Texniki Şuralara sahibkarlar tərəfindən 909 müraciət daxil olub. Ümumilikdə isə 2018-ci ilin 10 ayı üzrə Texniki Şuralar vasitəsilə 1 782 müraciətə baxılıb.

2017-ci ilin may ayından fəaliyyətə başlayan Texniki Şuralarda bu günədək 2 389 müraciət qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi