Enerji Məsələlərini Tənzimləmə Agentliyi may ayında 470 müraciət qəbul edib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi may ayında 470 müraciət qəbul edib Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) bu ilin may ayı ərzində vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri açıqlayıb.
Energetika
8 iyun 2021 12:14
Enerji Məsələlərini Tənzimləmə Agentliyi may ayında 470 müraciət qəbul edib

Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) bu ilin may ayı ərzində vətəndaş müraciətləri, istismara buraxılış aktı və icazələr, layihə razılaşdırılması və Texniki Şuralara dair nəticələri açıqlayıb.

“Report”un AERA-ya istinadən verdiyi məlumata görə, mayda istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Agentliyə bilavasitə və Energetika Nazirliyindən 470 müraciət daxil olub.

Bunlardan:

Elektrik enerjisi təchizatı ilə bağlı 19-u məlumat üçün olmaqla, cəmi 365 müraciət;

Təbii qaz təchizatı ilə bağlı 1-i məlumat üçün olmaqla, cəmi 48 müraciət;

İstilik təchizatı ilə bağlı 2 müraciət;

7-si məlumat üçün olmaqla, cəmi 55 müraciət isə digər məsələlərlə bağlı olub.

470 müraciətdən:

152 müraciət Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (6 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib);

291 müraciət hazırda baxılma prosesindədir;

27 məlumat xarakterli müraciətdən 10-u qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Elektrik enerjisi və qaz təchizatı

Yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 19 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib;

Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 13 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb;

Aşkar olunmuş çatışmazlıq səbəbindən elektrik qurğularına aid 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

36 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib;

Qaz təchizatı üçün layihə sənədləri ekspertiza olunmuş və razılaşdırılmış tikinti obyektlərinin sayı 248 olub;

Aşkar olunmuş çatışmazlıq səbəbindən qaz qurğularına aid 3 layihə sənədinin razılaşdırılmasından imtina olunub;

Qazpaylayıcı şəbəkəyə texniki sənədləşdirmə aparılmadan 1 qeyri-qanuni qoşulma faktı aşkar edilib;

Agentlik tərəfindən 23 inzibati xəta haqqında protokol tərtib edilib və 23 qərar verilib;

“Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 6 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Büdcədən maliyyələşən müəssisələrdə texniki yoxlamalar

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 11 texniki yoxlama aparılıb;

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 11 texniki yoxlama aparılıb.

Peşə biliklərinin yoxlanılması

Agentliyə müraciət edən 13 müəssisədə elektrik təsərrüfatına cavabdeh 47 şəxsin və təhlükəsizlik texnikası üzrə mühəndisin əməyin mühafizəsi, texniki istismar və texniki təhlükəsizlik qaydaları üzrə peşə bilikləri yoxlanılıb, biliklərin artırılması üçün təkliflər verilib, metodiki yardım göstərilib.

Texniki şuralar

17 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və Xaçmaz KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı 214 müraciət daxil olub. Bütün müraciətlər araşdırılıb və cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi