Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda 14 müəssisəni yoxlayıb

Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda 14 müəssisəni yoxlayıb Bu ilin avqust ayında Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA)14 müəssisədə 33 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qayd
Energetika
8 sentyabr 2022 07:09
Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda 14 müəssisəni yoxlayıb

Bu ilin avqust ayında Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA)14 müəssisədə 33 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə biliklərini yoxlayıb.

Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

Məlumata görə, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

Ay ərzində ümumilikdə 15 “ASAN xidmət", 2 “ASAN Kommunal” mərkəzi və 2 KOB evində (Kiçik və orta biznes evləri) fəaliyyət göstərən Texniki Şuralara sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı daxil olan 261 müraciət qəbul edilərək icra edilib.

Son xəbərlər

Orphus sistemi