Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda 100-dən çox nəzarət tədbiri keçirib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda 100-dən çox nəzarət tədbiri keçirib Bu ilin avqust ayında Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan, enerjitəchizat sxemini dəyişən 18 tikinti obyektinin xarici elektrik enerj
Energetika
8 Sentyabr , 2022 11:14
Enerji Məsələlərini Tənzimləmə Agentliyi avqustda 100-dən çox nəzarət tədbiri keçirib

Bu ilin avqust ayında Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş, gücü artırılan, enerjitəchizat sxemini dəyişən 18 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verib.

Bu barədə “Report”a Agentlikdən məlumat verilib.

Məlumata görə, ötən ay 31 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib.

“Azərenerji” və “Azərişıq” ASC-lərin nümayəndələrinin iştirakı ilə 8 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 28 inzibati xəta haqqında işə baxılıb və müvafiq qərarlar çıxarılıb.

Elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 62 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 48 nəzarət tədbiri keçirilib.

Son xəbərlər

Orphus sistemi