Enerji keçidində mütərəqqi texnologiyaların roluna dair seminar keçiriləcək

Enerji keçidində mütərəqqi texnologiyaların roluna dair seminar keçiriləcək Dekabrın 23-də, saat 20:00-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji keçidi: Mütərəqqi texnologiyaların enerji sektorunun transformasiyasında rolu” mövzusunda onlayn seminar keçiriləcək.
Energetika
17 Dekabr , 2021 09:44
Enerji keçidində mütərəqqi texnologiyaların roluna dair seminar keçiriləcək

Dekabrın 23-də, saat 20:00-da Energetika Nazirliyinin təşkilatçılığı ilə “Enerji keçidi: Mütərəqqi texnologiyaların enerji sektorunun transformasiyasında rolu” mövzusunda onlayn seminar keçiriləcək.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Məlumata görə, vebinarda qurumun mətbuat katibi Cahid Mikayılovun moderatorluğu ilə Adolfo İbanez Universitetinin dosenti Şəhriyar Nəsirov qlobal enerji bazarında innovativ və qabaqcıl bərpa olunan enerji texnologiyalarının rolu, texnoloji irəliləyişlər, ekoloji cəhətdən daha təmiz enerjiyə keçidin sürətləndirilməsi imkanları və digər məsələlər barədə ətraflı məlumat veriləcək, iştirakçıların mövzu ilə bağlı sualları cavablandıracaq.

Ş.Nəsirov İspaniyanın Basque Country Universitetində İqtisadiyyat və Siyasət üzrə doktorluq dərəcəsi alıb və hazırda Çilidəki Adolfo İbanez Universitetinin Mühəndislik və elm fakültəsinin bərpa olunan enerji üzrə magistr proqramının dosenti və təsisçi-akademik direktorudur.

Onlayn seminara Energetika Nazirliyinin “facebook” sosial şəbəkəsindəki səhifəsi vasitəsi ilə qatılmaq olar.

Son xəbərlər

Orphus sistemi