Bakı. 7 aprel. REPORT.AZ/ Bu il iyunun 12-dən 28-dək keçiriləcək I Avropa Oyunlarına paytaxt Bakı ilə yanaşı, Mingəçevir də evsahibliyi edəcək.
“Report” “
Mingəçevirdə 24 yaşayış binasını qidalandıran naqillərin 3 min metri yeni SİP kabellə əvəzlənib, 6 kV-lik hava xətlərində 4 km naqil dəyişdirilib. 41 transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib və 5 min metr hava xətti yeraltı kabel xətti ilə əvəzlənib. “Şəhər” yarımstansiyasından çıxan və “Karxana” yarımstansiyasını qidalandıran 35 kV-lik hava xəttinin dirəkləri və xətti yenilənib. Açıq tipli yarımstansiyalar qapalı tipli yarımstansiyalarla əvəz olunub. Bəzi transformatorların, yarımstansiyaların çəpərlənmə səviyyəsi normal vəziyyətə gətirilib.
Yarışlar zamanı Mingəçevirin elektrik enerjisi ilə yüksək səviyyədə təminatı da diqqətdən kənarda qalmayıb. Hazırda “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə (OTİM) yeni xətt çəkilir.
Beynəlxalq standartlara uyğun olaraq yenidən qurulan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu ildə istismara verilib və bununla da şəhərdə tez-tez yerli və beynəlxalq miqyaslı avarçəkmə yarışları geniş vüsət alıb.