Energetika Nazirliyinin nümayəndəsi Azərbaycanla Aİ arasında yeni saziş layihəsinin müzakirəsində iştirak edib

Energetika Nazirliyinin nümayəndəsi Azərbaycanla Aİ arasında yeni saziş layihəsinin müzakirəsində iştirak edib Müzakirələrin davamı olaraq oktyabr ayında tərəflər arasında video-konfransın keçirilməsinə dair qərar qəbul olunub
Energetika
3 Oktyabr , 2017 12:18
Energetika Nazirliyinin nümayəndəsi Azərbaycanla Aİ arasında yeni saziş layihəsinin müzakirəsində iştirak edib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Brüsseldə (Belçika) Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni ikitərəfli saziş layihəsinin ticarət, sərmayə, enerji ticarəti məsələləri hissəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib. Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatada deyilir ki, müzakirələrdə Energetika Nazirliyini hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib. Tədbirdə saziş layihəsinin “Ticarət və davamlı inkişaf”, “Enerji və xammal”, “Əmtəə ticarət” və “Ticarətdə texniki maneələr” fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Layihənin “Enerji və xammal” bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, “Müstəqil Tənzimləyici Orqan”ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib.

Açıqlamaya görə, müzakirələrdə Azərbaycanın enerji bazarının öyrənilməsi zərurəti vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb.

Tədbirin sonunda müzakirələrin davamı kimi oktyabr ayında tərəflər arasında video-konfransın keçirilməsi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi