Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verilib

Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verilib Bakı. 6 sentyabr. REPORT.AZ/ Energetika Nazirliyi tərəfindən “974” Çağrı Mərkəzi istifadəyə verilib.
Energetika
6 Sentyabr , 2018 11:57
Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi istifadəyə verilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Energetika Nazirliyi tərəfindən “974” Çağrı Mərkəzi istifadəyə verilib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məqsəd vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, əhaliyə göstərilən xidmətlərin effektivliyinin artırılması, daxil olan müraciətlərin çevik qəbul edilməsi və icrasının təmin edilməsi, energetika sahəsinə və nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılmasıdır.

Energetika Nazirliyinin Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan "012 974" nömrəsini yığmaqla Çağrı Mərkəzinə zəng edə bilərlər.

Vətəndaşlar tərəfindən Çağrı Mərkəzi vasitəsilə nazirliyə daxil olan bütün zənglərin, sorğu və müraciətlərin qəbulu və icrası müvafiq qaydada həyata keçiriləcəkdir.

Çağrı Mərkəzi qanunvericilikdə nəzərdə tutulmuş qaydada iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərəcəkdir.

Vətəndaşlar Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı irad və təkliflərini [email protected] ünvanına göndərə bilərlər.

Son xəbərlər

Orphus sistemi