Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, fevralın 1-də Energetika Nazirliyində videoformatda vətəndaş qəbulu keçirilib.
Energetika
2 Fevral , 2021 09:14
Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Xüsusi karantin rejiminin davam etdiyi müddət ərzində vətəndaşların qəbulu qaydalarına uyğun olaraq, fevralın 1-də Energetika Nazirliyində videoformatda vətəndaş qəbulu keçirilib.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Məlumata görə, nazir Pərviz Şahbazov daxil olmuş müraciətlər əsasında Bakı şəhəri və İsmayıllı rayonundan olan vətəndaşları qəbul edib.

Vətəndaşların müraciətləri dinlənilib, zəruri izahlar təqdim edilib, qaldırılan məsələlərlə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verilib.

Prezident İlham Əliyevin dövlət qurumlarının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşması barədə tapşırıqları Energetika Nazirliyi daim diqqətdə saxlayır, daxil olan bütün vətəndaş müraciətləri aidiyyəti üzrə araşdırılır və müvafiq qaydada zəruri tədbirlər görülür.

Energetika Nazirliyi vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2021-ci il üzrə vətəndaş qəbulu qrafikini yeniləyib və saytında yerləşdirib. Vətəndaşlar müraciətlərini (012) 598-16-53/54 telefon nömrələri, (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar xətt”i, [email protected] elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Energetika Nazirliyinə ünvanlaya bilərlər.

Xüsusi karantin rejimi müddətində vətəndaş qəbulu onlayn olaraq həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi