Energetika Nazirliyində qəbul keçirilib

Energetika Nazirliyində qəbul keçirilib ​Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib
Energetika
4 Fevral , 2020 14:23
Energetika Nazirliyində qəbul keçirilib

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu keçirib. Bu barədə "Report"a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda səsləndirilən müraciət nazir tərəfindən dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazir və nazir müavinləri, digər rəhbər vəzifəli şəxslərin 2020-ci il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi