Energetika Nazirliyində bu il 1 678 müraciətə baxılıb

Energetika Nazirliyində bu il 1 678 müraciətə baxılıb Bakı. 6 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı məsələləri ilə bağlı 1 678 ərizə və müraciət daxil olub.
Energetika
6 Noyabr , 2018 11:04
Energetika Nazirliyində bu il 1 678 müraciətə baxılıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Energetika Nazirliyinə və nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik enerjisi və təbii qazla təchizatı məsələləri ilə bağlı 1 678 ərizə və müraciət daxil olub.

Nazirlikdən “Report”a verilən məlumata görə, vətəndaşlar tərəfindən edilən müraciətlərin 47,2%-i elektrik enerjisi, 28,7%-i qaz təchizatı ilə bağlı olub. 24müraciətlər isə digər məzmunlu məsələləri əhatə edib.

Elektrik enerjisi təchizatı üzrə qəbul edilmiş 792 müraciətin 295-i elektrik sayğaclarının quraşdırılması və ödənişlərin hesablanmasında çətinliklərin yaranması, 105-i enerji təchizatı şəbəkəsinə qoşulmaya görə texniki şərtlərin verilməsi, 110-u enerji təchizatında yaranmış fasilələr, 282-i isə elektrik enerjisinin verilişində yaranan digər çatışmazlıqlarla bağlı olub.

2018-ci ilin 10 ayı ərzində nazirlikdə istehlakçıların qaz təchizatı ilə bağlı 483 müraciət qeydə alınıb. Bunlardan 57-i qaz xəttinə qoşulma, 67-i qazın verilişində yaranmış fasilələr, 256-ı sayğaclarının quraşdırılması və izafi borcun yaranması, 103-ü isə qaz təchizatında yaranmış digər problemlərə aid olub.

Bu dövr ərzində istehlakçılar tərəfindən nazirliyə ünvanlanan müraciətlərdən 1110-u nazirlik və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən araşdırılaraq cavablandırılıb, 37 müraciət mahiyyəti üzrə təhlil edilərək müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Energetika Nazirliyinə daxil olan bütün ərizə və müraciətlər “Vətəndaşların müraciətləri haqqında” Qanununa, elektrik enerjisindən və qazdan istifadə qaydalarına, elektroenergetika və qaz təchizatı haqqında mövcud qanunvericiliyə uyğun olaraq icra edilib.

Son xəbərlər

Orphus sistemi