Yuxarı
    Bağlamaq

    Energetika Nazirliyi və "Azərenerji" ASC birgə operativ məlumat yayıb

    Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub

    Bakı. 3 iyul. REPORT.AZ/ Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ölkə ərazisinin elektrik enerjisində yaranmış fasilə ilə bağlı birgə operativ məlumat yayıb.

    “Report”un xəbərinə görə, məlumatda qeyd olunur ki, bir neçə gündür havaların normadan artıq isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

    İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.

    Bildirilir ki, hazırda vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhələli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təminatı həyata keçirilib.

    "Qısa müddət ərzində digər bölgələrdə də enerji verilişi yerinə yetiriləcək. Əlaqədar dövlət strukturlarında yaradılmış operativ əməliyyat qrupu və səhmdar cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işlər həyata keçirir", - deyə birgə operativ məlumatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi