Azərbaycan elektrik enerjisi idxalını artırıb

Azərbaycan elektrik enerjisi idxalını artırıb ​Energetika Nazirliyi bu ilin 4 ayında Azərbaycan üzrə elektrik enerjisinə dair operativ məlumatları açıqlayıb
Energetika
14 May , 2020 12:36
Azərbaycan elektrik enerjisi idxalını artırıb

Bu ilin aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 923,6 mln kVt/s, ixracı 17,5 mln kVt/s, idxalı 17,7 mln kVt/s olub. 

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə aprel ayında respublika üzrə elektrik enerjisinin istehsalı 112,2 mln kVt/s, ixracı 86,4 mln kVt/s azalıb, idxal isə 6,5 mln kVt/s artıb.

Bu barədə “Report”a Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cari ilin yanvar-aprel aylarında isə respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 68,2 mln kVt/s artaraq 8 896,7 mln kVt/s olub.

Hesabat dövründə ötən ilin 4 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 189,2 mln kVt/s artaraq 8 435,2 mln kVt/s, SES-lərdə 120,2 mln kVt/s azalaraq 341,8 mln kVt/s, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 0,8 mln kVt/s azalaraq 119,7 mln kVt/s olub. Külək Elektrik Stansiyalarında 34,5 mln kVt/s, Günəş Elektrik Stansiyalarında 13,4 mln kVt/s, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 71,8 mln. kVt/s elektrik enerjisi istehsal edilib.

2020-ci ilin 4 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 985,8 mln. kVts (İES-lərdə 7 689,9 mln kVt/s, SES-lərdə 295,9 mln kVt/s), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 114,1 mln kVt/s (İES-lərdə 62,7 mln kVt/s, SES-lərdə 39,9 mln kVt/s, Günəş ES-də 11,5 mln kVt/s), Müstəqil Elektrik Stansiyaları üzrə 796,8 mln kVt/s təşkil edib.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 500,6 mln kVt/s olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 116,4 mln kVt/s azalıb. Elektrik enerjisinin idxalı isə 44,7 mln kVt/s təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 7,5 mln kVt/s azalıb.

Son xəbərlər

Orphus sistemi