Yuxarı

Energetika Nazirliyi BMT İnkişaf Proqramı ilə əməkdaşlıq edəcək

​Energetika Nazirliyi BMT İnkişaf Proqramı ilə əməkdaşlıq edəcək

Energetika Nazirliyində BMT İnkişaf Proqramının Rezident nümayəndəsinin müavini Yuliya Şçerbininanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. 

Nazirlikdən “Report”a verilən məlumata görə, görüşdə “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” sərəncamla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi istiqmətində BMT İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, Nazirliyə energetika sektorunda bütün istiqamətlər üzrə islahatlarla bağlı təkliflərin qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanması tapşırılıb. BMT İnkişaf Proqramının dəstəyi ilə potensial sahələr üzrə əməkdaşlıq edə və birgə səylərlə energetikada islahatlar prosesinə töhfə verə bilərik.

BMT İnkişaf Proqramının Rezident nümayəndəsinin müavini Yuliya Şçerbinina isə bərpa olunan enerji, enerji səmərəliliyi, eləcə də dayanıqlı və etibarlı enerjiyə əlçatanlığın təmin edilməsi üzrə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, qurum Energetika Nazirliyi ilə sadlanan istiqamətlər üzrə əməkdaşlıqda və müvafiq qanun layihələri, islahat xarakterli təkliflərin hazırlanmasına zəruri texniki dəstək verməkdə maraqlıdır.

Sonra Azərbaycanın energetika sektorunda islahatlara və BMT İnkişaf Proqramının bərpa olunan enerji və enerji səmərəliliyi sahələrində həyata keçirdiyi regional və qlobal layihələrə dair təqdimatlar edilib. Potensial imkanların təhlili əsasında qısa müddətdə əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi razılaşdırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi