Energetika Nazirliyi: Azərbaycan neft bazarında sabitliyin tərəfdarıdır

Energetika Nazirliyi: Azərbaycan neft bazarında sabitliyin tərəfdarıdır Azərbaycan neft bazarında sabitliyin tərəfdarıdır.
Energetika
10 İyun , 2019 14:56
Energetika Nazirliyi: Azərbaycan neft bazarında sabitliyin tərəfdarıdır

"Azərbaycan neft bazarında sabitliyin tərəfdarıdır".

Bunu “Report”a açıqlamasında Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu məqsədlə qəbul edilən qərarları dəstəkləyən mövqe nümayiş etdirir.

O bildirib ki, OPEC+ nazirlərinin görüşündə bazarın bütün amillər nəzərə alınmaqla təhlili əsasında növbəti addımlar atılacaq.

Xatırladaq ki, OPEC+ sazişi 2016-cı ilin dekabr ayında imzalanaraq sonradan bir neçə dəfə uzadılıb. 2018-ci il 7 dekabr tarixində OPEC+ formatı nazirlərinin V müşavirəsi zamanı həmin ilin oktyabr ayı səviyyəsinə nisbətən günlük hasilatı 1,2 mln. barel azaltmaq barədə razılıq əldə olunub. Bunun 812 min bareli OPEC üzv ölkələrinin, 383 min bareli də qeyri-OPEC ölkələrinin payına düşür. 2019-cu ilin birinci yarısında qüvvədə olan razılaşma çərçivəsində Azərbaycan gündəlik hasilatı 20 min barel azaltmaq öhdəliyini götürüb. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.

OPEC və qeyri-OPEC ölkələrinin növbəti görüşü iyulun 2-4-də Vyanada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi