Energetika Nazirliyi 9 ayda 6 mindən çox müraciət qəbul edib

Energetika Nazirliyi 9 ayda 6 mindən çox müraciət qəbul edib Bu ilin yanvar-sentyabr aylarında Energetika Nazirliyində, onun tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyində və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik və istilik enerjisi, təbii qaz tə
Energetika
22 Oktyabr , 2021 16:17
Energetika Nazirliyi 9 ayda 6 mindən çox müraciət qəbul edib

Bu ilin yanvar-sentyabr aylarında Energetika Nazirliyində, onun tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyində və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik və istilik enerjisi, təbii qaz təchizatı, bərpa olunan enerji və digər məsələlərlə bağlı ümumilikdə 6 083 müraciətə baxılıb.

Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müraciətlər əsasən, enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisi və təbii qaz təchizatında fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, borc və cərimələr, sayğaclaşma, işlə təminat, müxtəlif mövzularla bağlı sorğular və digər məsələləri əhatə edib.

Bu dövrdə 4 989 müraciət müvafiq qaydada araşdırılaraq cavablandırılıb, 208 müraciət baxılmaqdadır. 886 müraciət isə məlumat xarakterlidir.

Hesabat dövründə Nazirlik və tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri 26 video qəbul təşkil edib, vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Bu dövrdə Nazirliyin "Facebook" səhifəsi vasitəsilə 70-dən çox müraciət daxil olub ki, bunlar aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib, sorğu tipli müraciətlər isə müvafiq struktur bölmələrin rəyləri əsasında cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi